...

Azərbaycan Budapeştdə V Ümumdünya Elm Forumunda təmsil olunub

Cəmiyyət Materials 21 Noyabr 2011 14:12 (UTC +04:00)
Dünya alimlərinin beynəlxalq toplantısında başlıca mövzu müasir elmin üzləşdiyi problemlərin təhlili və müzakirəsi olunduğu forumda ölkəmizi Azərbaycan MEA-nın prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Respublikası prezidenti yanında Elmə Yardım Fondunun sədri Elçin Babayev, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev təmsil edib. Trend-in məlumatına görə, bu barədə səfirliyin məlumatında deyilir.
Azərbaycan Budapeştdə V Ümumdünya Elm Forumunda təmsil olunub

Azərbaycan, Bakı, 21 noyabr / Trend/

Dünya alimlərinin beynəlxalq toplantısında başlıca mövzu müasir elmin üzləşdiyi problemlərin təhlili və müzakirəsi olunduğu forumda ölkəmizi Azərbaycan MEA-nın prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Respublikası prezidenti yanında Elmə Yardım Fondunun sədri Elçin Babayev, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev təmsil edib. Trend-in məlumatına görə, bu barədə səfirliyin məlumatında deyilir.

Forum Macarıstan EA, YUNESKO, Elmi Təşkilatların Beynəlxalq Şurası (ETBŞ) və ABŞ-ın Elmin İnkişafına Yardım Şurasının (EİYŞ) birgə səyi ilə təşkil olunub.

Forumun açılışında Macarıstanın baş naziri Viktor Orban, BMT baş katibi Pan Gi Mun, YUNESKO-nun baş katibi İrina Bokova, Macarıstan EA-nın prezidenti Yozef Palinkas, ETBŞ prezidenti Yuan Tsze Li, EİYŞ icraçı direktoru Alan Leşner və Avropa Komissiyasının Birləşmiş Tədqiqatlar Mərkəzinin direktoru Dominik Ristori çıxış ediblər.

Yüzə yaxın ölkədən gəlmiş alimlər üç gün ərzində dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar elmin vəzifələri, elm və texnikanın inkişafındakı yeni amillər, ali təhsil sahəsindəki təmayüllər və yeni tədqiqat üsulları ilə bağlı müzakirələr aparıblar.

1999-cu ildən etibarən Macarıstanda təşkil olunan Ümumdünya Elm Forumunun növbəti, VI toplantısı Rio-de-Janeyroda (Braziliya) keçiriləcək.

Xəbər lenti

Xəbər lenti