...

Hadı Rəcəbli: Gələn ildən Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək

Cəmiyyət Materials 23 Noyabr 2011 12:01 (UTC +04:00)
Artıq 3 ildir ki, büdcədən 1,5 milyon manat vəsait ayrılsa da, Azərbaycanda hələ də icbari tibbi sığortanın tətbiqi mümkün olmayıb.
Hadı Rəcəbli: Gələn ildən Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir A.Axundov/

Artıq 3 ildir ki, büdcədən 1,5 milyon manat vəsait ayrılsa da, Azərbaycanda hələ də icbari tibbi sığortanın tətbiqi mümkün olmayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

O, qeyd edib ki, bunun səbəbi məmur səbatsızlığıdır.

"Bu işdə Səhiyyə Nazirliyi maraqlıdır. İcbari tibbi sığorta həyata keçirilsə, həkimlərin də maaşı artar. İnanıram ki, gələn ildən Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək. Biz də bu prosesi ləngidən məmurlara qarşı mübarizə aparacağıq", - Rəcəbli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti