...

Çempionlar Liqası: "Barselona" Milanda qələbə qazana bilib

Cəmiyyət Materials 24 Noyabr 2011 02:13 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyun günü başa çatıb. Günün mərkəzi görüşü İtaliyadakı "Milan" - "Barselona" matçı olub.
Çempionlar Liqası: "Barselona" Milanda qələbə qazana bilib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyun günü başa çatıb. Günün mərkəzi görüşü İtaliyadakı "Milan" - "Barselona" matçı olub.

Oyunun 14-cü dəqiqəsində Van Bommel avtoqola imza ataraq qonağları hsabda irəli çıxartdı. Lakin 6 dəqiqədən sonra Zlatan İbrahimoviç status-kvonu bərpa etdi - 1:1.

Kataloniyalıların hücümçusu Lionel Messi oyunun 31-ci dəqiqəsində penaltini reallaşdıraraq "Barselona"nı yenidən hesabda irəli çıxartdı. Meydan sahiblərinin cavabı 54-cü dəqiqədə Boatengin qolu ilə gəldi. Buna baxmayaraq, 9 dəqiqədən sonra Xavi oyunun final nöqtəsini qoydu.

Digər oyunlarının nəticələri:

Valensiya 7-0 Genk;
Bayer Leverkuzen 2-0 Çelsi;
Arsenal 2-1 Borussiya Dortmund;
Marsel 0-1 Olimpiakos;
Zenit 0-0 APOEL;
Şaxtar 0-2 Portu;
BATE 0-1 Viktoriya Plzen.

Xəbər lenti

Xəbər lenti