...

Nuşirəvan Məhərrəmli: İnternet-televiziyaların tənzimlənməsi məsələsində Azərbaycan Avropa ölkələrinin təcrübəsini əsas götürəcək

Cəmiyyət Materials 24 Noyabr 2011 16:00 (UTC +04:00)
İnternet-televiziyaların tənzimlənməsi məsələsində Azərbaycan Avropa ölkələrinin təcrübəsini əsas götürəcək.
Nuşirəvan Məhərrəmli: İnternet-televiziyaların tənzimlənməsi məsələsində Azərbaycan Avropa ölkələrinin təcrübəsini əsas götürəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/

İnternet-televiziyaların tənzimlənməsi məsələsində Azərbaycan Avropa ölkələrinin təcrübəsini əsas götürəcək. Bunu cümə axşamı Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Hesab edirəm ki, internet-media məsələsi doğru anlayış deyil. İnternet yeni bir məkandır, virtual bir məkandır. Bu virtual məkanda mediadan başqa sahələr də inkişaf edir və bu sahələr tam sərbəst şəkildə inkişaf edir", - Məhərrəmli qeyd edib.

Onun sözlərinə görə, əgər həyatda insanların fəaliyyəti qanunvericiliklə tənzimlənirsə, virtual məkanda onların fəaliyyətinə heç bir qadağa yoxdur.

Lakin internetin özündə də hər hansı bir fəaliyyət sahəsi tənzimlənməlidir və televiziya sahəsi ayrıca bir fəaliyyət sahəsidir, internet isə onun yayım üsullarından biridir.

O qeyd edib ki, efir televiziyası, kabel televiziyası tənzimləndiyi halda, internet televiziyası tənzimlənmir.

"Düşünürəm ki, bu vəziyət tənzimlənməlidir. Hazırda bununla bağlı hökumətdə hər hansı danışıqlar və ya müzakirələr aparılmır. Biz bu məsələdə Avropa ölkələrinin təcrübəsini əsas götürəcəyik. Avropa ölkələrində bu məsələ ilə bağlı müzakirələr gedir və əgər o ölkələr bu məsələni qanunla tənzimləmək istəyəcəksə, hər hansı bir tədbir görəcəksə, biz də bu təcrübədən istifadə edəcəyik", - Məhərrəmli bildirib.

Xəbər lenti

Xəbər lenti