...

Güclü qar Lənkəranın qaz və elektrik təsərrüfatında ciddi problemlər yaradıb

Cəmiyyət Materials 25 Noyabr 2011 11:26 (UTC +04:00)
Azərbaycanın cənubunda yağan intensiv qar Lənkəranın qaz və elektrik təsərrüfatında ciddi problemlər yaradıb.
Güclü qar Lənkəranın qaz və elektrik təsərrüfatında ciddi problemlər yaradıb

Azərbaycan, Lənkəran, 25 noyabr /Trend, müxbir A.Salmanov/

Azərbaycanın cənubunda yağan intensiv qar Lənkəranın qaz və elektrik təsərrüfatında ciddi problemlər yaradıb.

Lənkəran elektrik şəbəkəsindən Trend-in bölgə müxbirinə bildirilib ki, ötən gecə saatlarında hava xətlərində baş verən qəzalar enerjinin kəsilməsinə səbəb olub.

Bu saatlaradək Lənkəranın bir çox yaşayış məntəqələrində işıq yoxdur.

Qeyri-sabit hava rayonun qaz təsərrüfatında da problemlər yaradıb. Qaz istismar sahəsinin müdiri Xalid Rzayevin Trend-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda Xarxatan, Separadi və Şağlaser kəndlərində təbii qazın verilişində fasilələr yaranıb.

Qar yollarda nəqliyyatın hərəkətində də məhdudiyyətlər yaradıb. Bu gün Lənkəranın əksər kəndlərinə ictimai nəqliyyat işləməyib.

Rayona 30-40 sm-dən artıq qar düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun Lənkəran Regional Müəssisəsinin rəisi Cavid Hüseynov Trend-in bölgə müxbirinə bildirib ki, qeyri-sabit hava noyabrın 26-na qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti