...

Bakıda Şərqi Avropa və Qafqaz ölkələri gənclərinin qarşılıqlı layihələrinin həyata keçirilməsi müzakirə edilir

Cəmiyyət Materials 2 Dekabr 2011 12:39 (UTC +04:00)
Bakıda Şərqi Avropa və Qafqaz ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi müzakirə edilir.
Bakıda Şərqi Avropa və Qafqaz ölkələri gənclərinin qarşılıqlı layihələrinin həyata keçirilməsi müzakirə edilir

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir M.Əliyev/

Bakıda Şərqi Avropa və Qafqaz ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Gənclər Təşkilatları Milli Şurasından bildirilib.

Görüşdə 10 ölkədən 13 nümayəndə iştirak edir. "Azərbaycan, Litva, Almaniya, Finlandiya, Hollandiya, Moldova, Belçika, Belorusiya, Polşa və Rusiyadan olan nümayəndələrin iştirak etdiyi görüşdə Şərqi Avropa və Qafqaz ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı layihələr mövzusunda müzakirələr aparılır", - məlumatda bildirilir.

Şərqi Avropa və Qafqaz ölkələri üzrə layihə qrupunun görüşü Gənclər Təşkilatları Milli Şurası və Avropa Gənclər Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Görüşün keçirilməsinin əsas məqsədlərindən biri də müxtəlif ölkələrin gənclərinin bir araya toplanması və təcrübə mübadiləsinin aparılmasıdır.

Xəbər lenti

Xəbər lenti