...

TQDK biologiya fənni üzrə yeni vəsait dərc edib

Cəmiyyət Materials 8 Dekabr 2011 15:08 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün biologiya fənni üzrə yeni vəsait dərc edib.
TQDK biologiya fənni üzrə yeni vəsait dərc edib

Azərbaycan, Bakı, 8 dekabr / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün biologiya fənni üzrə yeni vəsait dərc edib.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə axşamı vəsaitin təqdimatı ilə əlaqədar keçirdiyi tədbirdə bildirib ki, vəsait orta məktəblərin tədris proqramı, eləcə də ali məktəblərə qəbul proqramlarının tələblərinə uyğun hazırlanıb. Vəsaitdə tədris materiallarının dərindən mənimsənilməsinə kömək məqsədilə məktəb və qəbul proqramlarından kənara çıxan bir sıra məsələlər də yer alıb.

"Amma vəsait qəbul imtahanına hazırlaşmaq üçün kifayət etmir. Vəsait dərslikləri əvəz etmir. Onların qarşısında müxtəlif məsələlər dayanır. Vəsait biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlama məsələsində xüsusi əhəmiyyətlidir"- Abbaszadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti