...

Azərbaycan Ombudsmanı əfvlə bağlı siyahını Prezidentə təqdim edib

Cəmiyyət Materials 13 Dekabr 2011 10:58 (UTC +04:00)
Azərbaycan Ombudsmanı əfvlə bağlı siyahını Prezidentə təqdim edib. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova bildirib.
Azərbaycan Ombudsmanı əfvlə bağlı siyahını Prezidentə təqdim edib

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı əfvlə bağlı siyahını Prezidentə təqdim edib. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova bildirib.

"Ombudsmanın siyahısında 80 nəfərə yaxın məhkumun adı var. Bu siyahı prezidentə təqdim olunub. Siyahıda ahıllar, ağır xəstələr, yeniyetmələr və qadınlar var", - Süleymanova deyib.

Artıq Prezident yanında Əfv Komissiyası vətəndaşlardan daxil olan müraciətləri araşdırır. Fərman imzalanarsa, bu, sayca ölkə Prezidenti tərəfindən imzalanacaq 50-ci əfv fərmanı olacaq.

Ombudsmanın müraciəti əsasında bu günədək 339 məhkum azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti