...

Rus dilində danışanlar Azərbaycanda özlərini rahat hiss edirlər - Aleksandr Ata

Cəmiyyət Materials 17 Dekabr 2011 12:55 (UTC +04:00)
Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata hesab edir ki, rus dilində danışanlar Azərbaycanda özlərini rahat hiss edirlər.
Rus dilində danışanlar Azərbaycanda özlərini rahat hiss edirlər - Aleksandr Ata

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata hesab edir ki, rus dilində danışanlar Azərbaycanda özlərini rahat hiss edirlər.

"Rus dilində danışanlar Azərbaycanda özlərini rahat hiss edirlər. Belə ki, rus dili ünsiyyət dilidir", - Trend-in məlumatına görə, bu barədə şənbə günü Aleksandr Ata Azərbaycanda rus həmvətənlərin "Rus dilinin millətlərarası münasibətlər, qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr sistemində rolu" konfransında deyib.

Onun sözlərinə görə, rus dili nəhəng məlumat təbəqəsinin daşıyıcısıdır və istənilən şəxs ondan xeyli faydalana bilər.

Rusiyanın Azərbaycandakı səfirliyi adından konfrans iştirakçılarını səfirliyin müşaviri Oleq Kroxin salamlayıb. O, ümid etdiyini bildirib ki, konfrans rus dilinin Azərbaycanda möhkəmlənməsi prosesində vacib mərhələ olacaq.

"Bu ənənəvi forum rus dilinin Azərbaycanda irəliləməsinə öz əməyi ilə kömək edən insanları toplayır", - diplomat qeyd edib.

Konfrans Rusiya səfirliyinin dəstəyi ilə Azərbaycanda Rus həmvətənlərin ictimai təşkilatlarının koordinasiya şurası tərəfindən təşkil edilib.

Konfransın məqsədi rus dilinin Azərbaycanda millətlərarası ünsiyyət kimi qorunması və gələcək istifadəsi məsələlərinə diqqəti artırmaqdır.

Konfransda, həmçinin, gəncləri təşkilatın fəaliyyətinə cəlb etməklə, milli ənənələrə dəstək verməklə həmvətənlərin hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Konfransın yekunu olaraq, qətnamə qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti