...

Bakıda "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 20 Dekabr 2011 16:17 (UTC +04:00)
Bakının Qaradağ rayonunda "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda yığıncaq keçirilib.
Bakıda "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonunda "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda yığıncaq keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan Trend-ə verilən məlumata görə, rayon İcra hakimiyyəti ilə birgə bu gün 139 saylı orta məktəbdə keçirilən tədbirdə aidiyyəti qurumların, rayon komissiyasının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqda çıxış edən Qaradağ rayon Gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Vasif Quliyev və digərləri il ərzində respublikada və rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Narkomaniyanın cəmiyyətimizə, gənclərə vurduğu ziyan barədə danışan tədbir iştirakçıları gəncləri belə zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını səmərəli keçirməyə çağırıblar.

Tədbirin sonunda gənclərin sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti