...

Azərbaycanın BƏƏ-dəki səfirliyi ölkəmizin dövlət müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş jurnal hazırlayıb

Cəmiyyət Materials 31 Dekabr 2011 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi ölkəmizin dövlət müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş "Azerbaijan - A milestone to the future" adlı jurnal hazırlayıb.

Səfirlikdən şənbə günü Trend-ə verilən məlumata görə, jurnalda Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanımı Mehriban Əliyeva, Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətləri, ölkənin xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli münasibətləri haqqında məlumatlar öz əksini tapmışdı.

Bu jurnal, 65 min tirajda çıxan Birləşmiş Ərəb Əmirliklərinin "Gulf News" qəzetinin 28 dekabr tarixli əlavəsində çıxmışdı.

Xəbər lenti

Xəbər lenti