...

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 10 Yanvar 2012 12:31 (UTC +04:00)
Yanvarın 11-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun 8-13 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir İ.İsabalayeva/

Yanvarın 11-də Azərbaycan ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun 8-13 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman və çiskin olacağı, gecəyə doğru isə az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman və çiskin olacağı, axşam bəzi rayonlarda yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti