...

Bakıda taksi və avtobus sürücülərinə qarşı ciddi tədbirlər görüləcək

Cəmiyyət Materials 10 Yanvar 2012 17:39 (UTC +04:00)
Bakı şəhərində nəqliyyatın hərəkətinin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib.
Bakıda taksi və avtobus sürücülərinə qarşı ciddi tədbirlər görüləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakı şəhərində nəqliyyatın hərəkətinin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib.

Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələrindən təşkil olunmuş işçi qurupun təklifləri əsasında bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün konkret qərarlar qəbul olunub.

Etibarlı mənbədən Trend-ə verilən məlumata görə, müşavirədə qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi, təmir gedən ərazilərdə alternativ yolların bərbad vəziyyətdə olması paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər yaradır.

Məlumata görə, Nəqliyyat Nazirliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin taksilərin müəyyən olunmuş duracaqlardan kənarda saxlanılması hallarının aradan qaldırılması üçün birgə reydlər keçirməsi qərara alınıb.

Həmçinin, belə reydlərin dayanacaqdan kənarda saxlayan avtobus sürücülərinə qarşı da təşkil olunması nəzərdə tutulub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə ötən ilin sonunda edilən dəyişikliklə dayanacaqdan kənarda saxlayan avtobus sürücülərinin inzibati məsuliyyəti artırılıb.

Bu qayda pozuntusuna yol verən avtobus sürücüləri İXM-nin 151.3-cü maddə ilə məsuliyyətə cəlb olunurlar. Bu qayda pozuntusu Onlar 40 manatdan 60 manatadək cərimə olunmaqla 4 balla qiymətəndirilən qayda pozuntudur. Bununla bağlı birgə reydlərin keçirilməsi planlaşdırlır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə ötən ilin sonunda edilən dəyişikliklə dayanacaqdan kənarda saxlayan avtobus sürücülərinin inzibati məsuliyyəti artırılıb.

Bu qayda pozuntusuna yol verən avtobus sürücüləri İXM-nin 151.3-cü maddə ilə məsuliyyətə cəlb olunurlar. Bu qayda pozuntusu 40 manatdan 60 manatadək cərimə olunmaqla 4 balla qiymətəndirilən qayda pozuntudur..

Müşavirədə bir çox təmir gedən ərazilərdə alternativ yolların təcili normal hala salınması, asfaltlanması, təmir işlərinin vaxtında qurtarmasına nəzarət məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti