Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanın baş prokuroru Zakir Qaralov Rusiyada səfərdədir.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə axşamı Trend-ə bildirib ki, baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-13 yanvarda Rusiya prokurorluğunun yaranmasının 290 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvada səfərdədir.
Səfər Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykanın dəvəti ilə baş tutub.