...

Sayca 55-ci "Zəfəran" apteki açıldı

Cəmiyyət Materials 16 Yanvar 2012 11:45 (UTC +04:00)
"Zəfəran" aptek şəbəkəsi Azərbaycanın regionlarında aktiv şəkildə yayılmaqdadır. Şirvan şəhərində yenicə açılmış "Zəfəran" aptekinin ardınca Ağstafada sayca 55-ci aptek açılıb.
Sayca 55-ci "Zəfəran" apteki açıldı

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

"Zəfəran" aptek şəbəkəsi Azərbaycanın regionlarında aktiv şəkildə yayılmaqdadır. Şirvan şəhərində yenicə açılmış "Zəfəran" aptekinin ardınca Ağstafada sayca 55-ci aptek açılıb. Bu barədə Trend-ə şəbəkədən məlumat verilib.

Şəhərin mərkəzi küçələrindən biri olan Heydər Əliyev 71 küçəsində yerləşən yeni aptekin sayəsində rayon sakinlərinin ixtisaslaşmış xidmət almaq imkanı yaranıb.

Aptekdə alıcılar üçün maksimal rahatlıq yaradılıb.

Burada müalicə dərmanları ilə yanaşı, həmçinin parafarmasevtik və kosmetik malların geniş assortimenti təqdim olunur.

Aptekin əlverişli yerləşdirilməsi və malların açıq boşaldılması, həmçinin əczaçının professional konsultasiyası lazım olan preparatın axtarışını xeyli asanlaşdırır.

Qeyd edək ki, yaxın zamanda Göyçay və Şəmkir şəhərlərində daha iki aptekin açılması nəzərdə tutulub.

"Zəfəran" 2008-ci il dekabr ayında əsası qoyulmuş Bakı və Azərbaycan regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir.

Hal-hazırda "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində təmsil olunur və dünyanın aparıcı ölkələrindən olan Almaniya, Fransa, Böyük Britaniya, Belçika, İtaliya, Yunanıstan, İspaniya, Çexiya, Slovakiya, Türkiyə, Yaponiya kimi ölkələrdən gətirilən eksklüziv müalicə dərmanlarının geniş assortimentini təqdim edən 60-a yaxın aptek daxil edir.

"Zəfəran" apteklər şəbəkəsi dünya aptek biznesinin ən yaxşı nümunələrinə əsaslanaraq, yalnız sertifikatlaşmış farmasevtik mallarla, yoxlanılmış və etibarlı təchiz edənlərlə çalışır.

Xəbər lenti

Xəbər lenti