...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü təhsil müəssisələrində qeyd ediləcək

Cəmiyyət Materials 21 Yanvar 2012 10:14 (UTC +04:00)
Azərbaycanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü təhsil müəssisələrində geniş şəkildə qeyd ediləcək.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü təhsil müəssisələrində qeyd ediləcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü təhsil müəssisələrində geniş şəkildə qeyd ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dahi siyasətçi Heydər Əliyevin bu il mayın 10-da anadan olmasının 89-cu ildönümü tamam olur. Bu münasibətlə təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün təhsil müəssisələrində keçirilməsi ilə bağlı əmr imzalayıb.

Əmrdə ildönümün keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, texniki peşə, ali və orta ixtisas təhsili müəssisələrinin, Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə bır sıra tapşırıqlar verilib. Adıçəkilən təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 2012-ci il fevral ayından başlayaraq Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə xüsusi tədbirlərin müəyyənləşdirib həyata keçirilməsini təmin etsinlər. Respublikanın ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin iştirakı ilə Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının 10-dək yekunlaşdırılsın.

Bununla yanaşı, nazirliyin müvafiq şöbələrinə fevral ayından etibarən ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin elm, təhsil və iqtisadiyyatın inkişafı sahəsində genişmiqyaslı fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi, "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi və sərgisinin, habelə müxtəlif növlər üzrə idman turnirlərinin keçirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti