...

İranda "Azərbaycan tarixi" adlı xalça toxunub

Cəmiyyət Materials 24 Yanvar 2012 11:46 (UTC +04:00)
İranda "Azərbaycan tarixi" adlı xalça toxunub
İranda "Azərbaycan tarixi" adlı xalça toxunub

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Şərqi Azərbaycan əyalətində Nasir Məhəmmədian adlı şəxsin rəhbərliyi ilə "Azərbaycan tarixi" adlı xalça toxunub. Xalçada Azərbaycanın tarixi yerləri və şəxsiyyətlərinin şəkilləri əks olunub. Trend-in məlumatına görə, bu barədə İranın İRİNN xəbər kanalı məlumat verir.

Məlumata əsasən, xalçanın çəkisi 3 tondur, uzunluğu 24 metrdir. Xalça qoz ağacından hazırlanmış qabın içərisinə yerləşdirilib. Qabın sağ tərəfində İranın sabiq rəhbəri İmam Xumeyninin, sol tərəfində isə hazırkı rəhbər Ayətullah Əli Xameneyinin şəkillləri var. Xalçanın üzərində isə Azərbaycanın tarixi abidələri və tanınmış simalarından Şəhriyar, Baqirxan, Səttarxan, Zeynəb Paşa, Şəms Təbrizi, Mövlanə, Məhəmmədtəqi xan, Pərvin Etisami və digərlərinin şəkillləri toxunub.

Xalçanın toxunulmasına 2 il öncə başlanılıb və o hazırda Təbriz şəhər muzeyində saxlanılır.

Xəbər lenti

Xəbər lenti