Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir S.Əliyev/
Hava şəraitinin kəskin soyuması və yolların buz bağlaması ilə əlaqədar Qubanın bəzi dağ kəndlərindən rayon mərkəzinə gediş-gəliş çətinləşib.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən Trend-ə verilən məlumata görə, hazırda Xızı və Qusar rayonlarında havanın temperaturu mənfi 17 dərəcə təşkil edir. Quba və Qusar rayonlarının dağətəyi ərazilərinə 40 sm-ə yaxın qar yağıb.
Ümumilikdə şimal bölgəsində havanın temperaturu yenidən 6-7 dərəcə aşağı düşüb. Hidrometeoroloqlar bu cür hava şəraitinin fevral ayının 10-dək davam edəcəyini bildirirlər.