...

SOS: Azərbaycanda narkomanların sayı artır

Cəmiyyət Materials 14 Fevral 2012 14:12 (UTC +04:00)
Azərbaycanda narkomanların sayı 2010-cu illə müqayisədə 2011-ci ildə 4,8 faiz artıb.
SOS: Azərbaycanda narkomanların sayı artır

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda narkomanların sayı 2010-cu illə müqayisədə 2011-ci ildə 4,8 faiz artıb.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova çərşənbə axşamı Trend-ə deyib ki, yalnız 2011-ci il ərzində 1999 nəfər narkoman kimi qeydiyyata alınıb.

Hazırda Azərbaycanda 26 716 nəfər narkoman var. 2010-cu ildə isə bu rəqəm 25 489 nəfər olub.

Azərbaycanda qeydiyyata alınan narkomanların yalnız 511 nəfəri qadınlardır. Əvvəlki illərlə müqayisədə ölkədəki qadın narkomanların sayında elə ciddi dəyişiklik olmayıb.

Narkomanlar arasında daha çox 40-59 yaş arası olan kişilər üstünlük təşkil edir. Ölkədə bu yaşda 12 791 narkoman var.

Respublikadakı narkomanların 4979 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Qeydiyyata alınan narkomanlar arasında yaşı 18-dən aşağı olanlar yoxdur. Yaşı 18-dən aşağı olanlardan yalnız 2 nəfər toksikoman kimi qeydiyyata alınıb.

Səmədovanın sözlərinə görə, narkomanların bəziləri müalicə üçün həkimə çox gec müraciət edirlər. Ona görə də onlara artıq kömək etmək çox çətin olur.

Xəbər lenti

Xəbər lenti