...

Baş Prokurorluq Şəmkir rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 15 Fevral 2012 15:45 (UTC +04:00)
Baş Prokurorluq Şəmkir rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Şəmkir rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Şəmkir rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Fevralın 14-də saat 21:30 radələrində Şəmkir şəhər sakinləri - 1983-cü il təvəllüdlü İbrahimov Elxan Elnur oğlu ilə 1985-ci il təvəllüdlü Əsgərov Xəqani Daşdəmir oğlu arasında Şəmkir şəhərində yerləşən "Qoşa Çinar" şadlıq sarayının qarşısında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu üstündə gəzdirdiyi bıçaqla Elxan İbrahimovu vuraraq qəsdən öldürüb. Bu barədə çərşənbə günü Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Fakta görə Şəmkir rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və zəruri istintaq hərəkətləri həyata keçirilir.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xəqani Əsgərov tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti