...

Azərbaycanda mənzil-kommunal sahəsinin inkişafı üçün hansı model tətbiq edilməlidir?

Cəmiyyət Materials 17 Fevral 2012 12:20 (UTC +04:00)
Azərbaycanda mənzil-kommunal sahəsində münasibətlərin tənzimlənməsinin mükəmməl hüquqi bazası yaradılıb.
Azərbaycanda mənzil-kommunal sahəsinin inkişafı üçün hansı model tətbiq edilməlidir?

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda mənzil-kommunal sahəsində münasibətlərin tənzimlənməsinin mükəmməl hüquqi bazası yaradılıb. Trend-in məlumatına görə, bunu cümə günü "Mənzil təsərrüfatı sektorunda şəffaflığın artırılması" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) sədri, millət vəkili Əli Hüseynli deyib.

O bildirib ki, 2009-cu ildə bu sahədəki münasibətləri tənzimləyən Mənzil Məcəlləsi qəbul edilib.

"Bu sahədə qanunvericiliyin düzgün tətbiqinə ehtiyac var. Bu sahədə özəlləşdirmənin aparılması, bu fəaliyyətə özəl şirkətlərin cəlb olunması, vətəndaşlarla müqavilə əsasında təmasın qurulması daha məqsədəmüvafiqdir. Mənə elə gəlir ki, vətəndaşlar da bu sahədəki xidmətlərdən o qədər də razı deyil. Heç bir ölkədə küçələri yaşlı qadınların təmizləməsinə rast gəlinmir. Milli-mənəvi dəyərləri ilə fəxr edən bir xalq üçün bu yaxşı bir hal deyil", - Hüseynli əlavə edib.

Deputatın fikrincə, mənzil-kommunal sahəsindəki münasibətlər düzgün qurulmayıb.

"Bir çox ölkələrdə bu sahədəki fəaliyyəti şirkətlər, idarələr həyata keçirir. Mənzil Məcəlləsi bunu tam tənzimləyir və bu sahədə keyfiyyətli xidmətlərin göstərilməsi üçün qanunvericilikdə tam imkan yaradılıb. Bu xidmətlərin göstərilməsi üçün vətəndaşın seçim imkanı olmalıdır. Bu imkan olanda keyfiyyətli xidmət də göstərilə bilər. Tərəf seçdiyi təşkilatla bu xidmətin göstərilməsi üçün müqavilə bağlamalıdır. Narazı qalan da müqaviləni pozur və digər iş icraçısı ilə müqavilə imzalayır. Bu sahədə səmərəli idarəçilik modeli Avropa İttifaqı ölkələrinin yaratdığı modeldir", - Hüseynli əlavə edib.

Xəbər lenti

Xəbər lenti