...

Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı Bakıda işgüzar səfərdə olub

Cəmiyyət Materials 2 Mart 2012 16:28 (UTC +04:00)
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) məsul əməkdaşı xanım Yanne Holst Hübner fevralın 27-dən martın 1-dək Bakıda işgüzar səfərdə olub.
Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı Bakıda işgüzar səfərdə olub

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) məsul əməkdaşı xanım Yanne Holst Hübner fevralın 27-dən martın 1-dək Bakıda işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, səfər çərçıvəsində Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirib.

Həmin görüşlər zamanı ölkəmizin bu nüfuzlu təşkilata daha sıx inteqrasiyası, eləcə də prokurorluqlar arsındakı əməkdaşlığa əhəmiyyətli töhfəsi xüsusi qiymətləndirilib.

Assosiasiyanın materiallarının BMT-nin rəsmi dillərindən olan rus dilində yayımlanması üçün Azərbaycan Prokurorluğu tərəfindən görülən işlərə yüksək dəyər verilib.

Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi kimi mühüm sahələrdə Beynəlxalq Prokurorlar Assosiasiyasının rolunun gücləndirilməsi, bu istiqamətdə daha fəallıq göstərilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Eyni zamanda, beynəlxalq səviyyədə prokurorlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi, bunun üçün lazımi virtual şəraitin təşkil olunmasına dair müzakirələr öz səmərəli nəticələrini verib.

Belə ki, BPA-ya üzv olan prokurorluq əməkdaşları birbaşa həmin beynəlxalq təşkilatın internet səhifələrinə daxil olmaq və internet resurslarından bəhrələnmək imkanlarını əldə ediblər.

Xanım Hübnerin səfəri zamanı 70-dən artıq prokurorluq əməkdaşı Beynəlxalq Prokurorlar Assosiasiyasına fəxri üzv qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Hərbi Prokurorluq BPA-nın üzvüdür.

Xəbər lenti

Xəbər lenti