...

Azərbaycanda qar ehtiyatlarının qiymətləndirilməsinə başlanılıb

Cəmiyyət Materials 5 Mart 2012 11:22 (UTC +04:00)
Azərbaycanda yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupu Böyük və Kiçik Qafqaz dağlarında ekspedisiyaya başlayıb.
Azərbaycanda qar ehtiyatlarının qiymətləndirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupu Böyük və Kiçik Qafqaz dağlarında ekspedisiyaya başlayıb. Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ekspedisiya 20 gün davam edəcək.

Kiçik Qafqazın Gədəbəy, Göy-göl, Daşkəsən, Böyuk Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan MR-nın çay hövzələrində 28 marşrut üzrə xüsusi proqrama əsasən qarölçmə işləri aparılacaq.

Qarölçmə işlərinin nəticələrinə əsasən yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək. Bundan gursululuq dövrunün axım proqnozunun tərtibində istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti