...

Bakıda yaşayış massivindəki sürüşmə ilə bağlı rəsmi rəy açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Mart 2012 12:05 (UTC +04:00)
Bakıda Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə ilə bağlı ilkin rəy acıqlanıb.
Bakıda yaşayış massivindəki sürüşmə ilə bağlı rəsmi rəy açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir İ.İsabalayeva/

Bakıda Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə ilə bağlı ilkin rəy acıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev Trend-ə bildirib ki, sürüşməni yaradan amillərin hamısı müəyyənləşdirilib. Sürüşməni yaradan əsas amil əraziyə daxil olan təbii və texnogen sulardır.

Dünən ərazidə geoloji işlər aparılıb.

"Biz əvvəlcədən də demişdik ki, aşağıdakı binalara sürüşmənin təsiri yoxdur və bu ehtimal çox azdır. Yuxarıda, yamacda olan tikinti işlərinin də sürüşməyə təsir göstərmə imkanı yoxdur", - Niftiyev əlavə edib.

O bildirib ki, son üç gündə ölkədə sürüşmə ilə bağlı tədqiqat işləri aparılan ərazilərdə aktivləşmə müşahidə olunmur.

Onun sözlərinə görə, Qaraçuxur, Zığ sahəsində, respublikanın rayonlarında da hələ sürüşmə ilə bağlı kəskin aktivləşmə müşahidə edilmir.

Niftiyevin sözlərinə görə, ölkə ərazisində yağıntılar davam etsəydi, sürüşmənin aktivləşməsinə təsir göstərirdi.

"Ancaq yağıntılar qısa müddətli olduğu üçün sürüşməyə elə böyük təsirinin olacağı gözlənilmir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti