...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirib

Cəmiyyət Materials 7 Mart 2012 14:28 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Üns" Yaradıcılıq Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirib

Azərbaycan, Bakı, 7 mart / Trend müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Üns" Yaradıcılıq Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirib.

Trend-in məlumatına görə, Komitənin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin bayram münasibətilə Azərbaycan qadınlarına ünvanlanan təbrikini oxuyub.

Sonra Prezidentin sərəncamı ilə təltif olunan qadınlara mükafatlar təqdim edilib.

Komitə sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə fəaliyyətində fərqlənən xanımların yüksək təltiflərə və fəxri adlara layiq görülməsi dövlətin qadınlara yüksək diqqət və etimadının növbəti ifadəsidir.

Komitə sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti haqqında da danışıb.

Tədbirdə ölkənin sosial-mədəni həyatında müstəsna rolları olan bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında çalışan qadınlarla yanaşı, gender problemlərini diqqətdə saxlayan, bu məsələnin qanunvericilik bazasının təkmilləşdirilməsində əməyi olan kişilər - Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev də komitə tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində Yelena Taranovanın və Sevda Səfərəliyevanın müəllifi olduğu "Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında stolüstü kitab"ın təqdimatı da keçirilib.

Mərasimin sonunda bəstəkar Tofiq Quliyevin əsərlərindən ibarət "Bakı musiqi kompozisiyası" tamaşası göstərilib.

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da iştirak edib.

Xəbər lenti

Xəbər lenti