...

Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Birliyinin növbəti toplantısı iyunda Bakıda keçiriləcək

Cəmiyyət Materials 7 Mart 2012 17:31 (UTC +04:00)
Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Birliyinin növbəti toplantısı iyunda Bakıda keçiriləcək.
Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Birliyinin növbəti toplantısı iyunda Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbaliyeva/

Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Birliyinin növbəti toplantısı iyunda Bakıda keçiriləcək. Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının komandanı Zakir Həsənov deyib ki, növbəti görüşdə qurumun əsas sənədlərinin imzalanacağı gözlənilir.

Həsənov bildirib ki, görüşlə bağlı iştirakçı qurumların rəhbərlərinin razılığını gözləyirlər.

"Birliyə üzv dövlətlərdən başqa bir necə türkdilli dövlət də bu quruma maraq göstərir. Növbəti görüşdə həmin ölkələrin müşahidəçi qismində iştirakının təmin olunacağı gözlənilir", - Həsənov əlavə edib.

Qeyd edək ki, Birlik ötən ilin mayında Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Monqolustanın iştirakı ilə yaradılıb. İlk görüş ötən ilin mayında Türkiyədə keçirilib.

Xəbər lenti

Xəbər lenti