...

Ədliyyə orqanlarında qulluğa qəbul olunmuş hüquqşünaslar təlim keçəcəklər

Cəmiyyət Materials 9 Mart 2012 09:58 (UTC +04:00)
Ədliyyə orqanlarında qulluğa qəbul olunmuş hüquqşünaslar Ədliyyə Akademiyasında təlim keçəcəklər.
Ədliyyə orqanlarında qulluğa qəbul olunmuş hüquqşünaslar təlim keçəcəklər

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

Ədliyyə orqanlarında qulluğa qəbul olunmuş hüquqşünaslar Ədliyyə Akademiyasında təlim keçəcəklər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ötən ilin noyabrında keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb.

Müsabiqəyə yekun vurularaq nəticələrə görə müvəffəqiyyət qazanmış 59 nəfər növbəti mərhələyə buraxılıb.

Həmin namizədlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təliminin keçirilməsinə bu ilin mart ayının 12-dən başlanılacaq.

Xəbər lenti

Xəbər lenti