...

Sabah Azərbaycanda sulu qar və qar yağacaq

Cəmiyyət Materials 14 Mart 2012 12:17 (UTC +04:00)
Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Sabah Azərbaycanda sulu qar və qar yağacaq

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir İ.İsabalayeva/

Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Martın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava arabir yağıntılı olacaq, axşam yağıntının bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, günün birinci yarısında 5-7 dərəcə isti, axşam 2 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti