...

Sürüşmə ilə əlaqədar bəzi rayonlarda monitorinqlərə başlanılıb

Cəmiyyət Materials 27 Mart 2012 09:53 (UTC +04:00)
Bu gündən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında sürüşmə sahələri ilə bağlı monitorinqlərin aparılmasına başlanılıb.
Sürüşmə ilə əlaqədar bəzi rayonlarda monitorinqlərə başlanılıb

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir İ.İsabalayeva/

Bu gündən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında sürüşmə sahələri ilə bağlı monitorinqlərin aparılmasına başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev çərşənbə axşamı Trend-ə bildirib ki, yalnız Şamaxıda 22 sürüşmə sahəsi var. Şamaxıdakı sürüşmə sahələrində aktivləşmələr müşahidə edilir.

"Bu gündən ətraflı monitorinqlərə başlayırıq. Hər bir sürüşmə sahəsinin aktivləşməsinin səbəbləri və parametrləri ayrılıqda öyrənilir. Bu sürüşmə sahələrinin hər birində müəyyən fəsadlar olub. Vaxtilə buralarda 2, 3, 5, 6, 8 fərdi yaşayış evinin zədələnməsi müşahidə edilib. Vaxtaşırı həmin sahələr haqqında müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq", - baş mühəndis əlavə edib.

O qeyd edib ki, şimal rayonlarında artıq qar örtüyü tədricən əridiyi üçün burada da monitorinqlərin aparılmasına başlanılıb.

Xəbər lenti

Xəbər lenti