...

Azərbaycan şəhərlərinin simvol və gerblərinin seçilməsi qanunvericiliklə müəyyənləşdiriləcək

Cəmiyyət Materials 29 Mart 2012 11:06 (UTC +04:00)
Azərbaycan şəhərlərinin simvol və gerblərinin seçilməsi qanunvericiliklə müəyyənləşdirilə bilər.
Azərbaycan şəhərlərinin simvol və gerblərinin seçilməsi qanunvericiliklə müəyyənləşdiriləcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan şəhərlərinin simvol və gerblərinin seçilməsi qanunvericiliklə müəyyənləşdirilə bilər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend-ə bildirib ki, Azərbaycanın şəhərləri haqqında ayrıca qanun layihəsinin hazırlanması müzakirə olunur.

"Qanunda Azərbaycanın qədim mədəniyyət mərkəzləri olan Bakı, Gəncə, Şəki, Naxçıvan kimi şəhərlərin mədəniyyət abidələrinin müdafiəsi və bərpası nəzərdə tutulacaq. Şəhər mədəniyyətində qədim hamamlardan başlamış saraylara qədər özünəməxsusluqların qorunması mühüm məsələdir", - o deyib.

Cəfərov qeyd edib ki, bu qanun layihəsi işlənildiyi dövrdə yeni abidələrin üzə çıxarılması da aktuallaşa bilər.

"Dünyada mədəni mərkəz olan şəhərlər haqqında qanunların qəbulu praktikası mövcuddur", - komitə sədri vurğulayıb.

Cəfərov həmçinin qeyd edib ki, şəhərlərin simvollarının qanunvericiliklə müəyyənləşdirilməsi məsələsinin də qanunda əksinin tapması müzakirə olunacaq.

"Əgər bizim qədim şəhərlər, şəhər mədəniyyəti barəsində, onların qorunması barəsində qanunlarımız varsa, əlbəttə onlar təhlil olunmalıdır. Müəyyən modellər var, simvollar var, hərə istədiyi kimi hərəkət edə bilməz. İndi mən konkret bir şey demək istəmirəm, çünki mənim də o cəhətdən xeyli narazılıqlarım var. Çünki bəzən bizim qədim şəhərlərimizdə həm gerblər ayrı cür olub, həm tarixləri barədə düzgün təsəvvür olmur. Odur ki, gerblər, simvolların hamısı dəqiq araşdırmalardan, tədqiqatlardan keçib qoyulmalıdır. Yoxsa şəhəri idarə edən bir adamın xoşuna gələn gerb vurulur", - Cəfərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti