...

Azərbaycanda martın son günləri meteohəssas insanlar üçün əlverişsiz olacaq

Cəmiyyət Materials 29 Mart 2012 12:51 (UTC +04:00)
Azərbaycanda martın son günləri meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Azərbaycanda martın son günləri meteohəssas insanlar üçün əlverişsiz olacaq

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda martın son günləri meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, martın 30-dan aprelin 1-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün müsbət amil olsa da, martın 30-31-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Martın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı, mülayim cənub küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək.

Havanın gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti