Gürcüstan, Tbilisi, 30 mart /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda bir neçə məscidə mədəniyyət abidəsi statusu verilib.
Trend-in məlumatına görə, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nika Ruruanın əmri ilə Aspidzi rayonunun Oşara kəndində yerləşən məscidə mədəniyyət irsi olan daşınmaz əmlak abidə statusu verilib.
Həmin status Muqareti kəndindəki məscidə, Axaltsixa rayonunun Xospio kəndindəki Palavandişvili məscidinə, Marneuli rayonunun Qızıl-Aclo kəndindəki XIX əsrə aid məscidə və Dmanisi rayonunun Qızıl-Kilsə kəndindəki məscidə verilib.