...

Almaniyanın GIZ təşkilatının yeni layihəsinin açılışı olub

Cəmiyyət Materials 2 Aprel 2012 15:25 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Elektron Akademiyasının "Cənubi Qafqazda elektron təhsilin institusional quruculuq və insan resurslarının inkişafi" adlı layihə-təliminin açılışı olub.
Almaniyanın GIZ təşkilatının yeni layihəsinin açılışı olub

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Memarlıq və İnşaat Universitetində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Elektron Akademiyasının "Cənubi Qafqazda elektron təhsilin institusional quruculuq və insan resurslarının inkişafi" adlı layihə-təliminin açılışı olub.

Universitetdən bazar ertəsi Trend-ə verilən məlumata görə, layihə 2008-ci ildən GIZ təşkilati tərəfindən Cənubi Qafqaz ölkələrində icra olunur. AzMİU isə bu layihəyə 2011-ci ildən qoşulub. Bu layihə AzMİU üçün də faydalı olacaq və universitetin tədris işində istifadə olacaq.

Təlimdə Almaniyadan gəlmiş üç ekspert "E-təhsil nədir?", "Təlim dizaynı", "Məzmunun hazırlanması", "E-təlimçilik", "Strategiyanın hazırlanması və idarəetmə" mövzularında çıxış ediblər. Layihə 3 gün davam edəcək.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti