...

"Mədəniyyət haqqında" qanun birinci oxunuşda qəbul edilib

Cəmiyyət Materials 6 Aprel 2012 18:01 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən iclasında "Mədəniyyət haqqında" qanun birinci oxunuşda qəbul edilib.
"Mədəniyyət haqqında" qanun birinci oxunuşda qəbul edilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında "Mədəniyyət haqqında" qanun birinci oxunuşda qəbul edilib.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qanunu təqdim edərək bildirib ki, "Mədəniyyət haqqında" qanun layihəsi dövlətin mədəniyyət siyasətinin əsas prinsiplərini, mədəniyyət fəaliyyətinin təşkilinə dair hüquqi, sosial, iqtisadi əsasları, mədəniyyət işçilərinin statusunu müəyyən edir, bu sahədə hüquqi baza rolunu oynayır.

Müzakirələr zamanı deputat İlyas İsmayılov bildirib ki, dünyanın bir çox yerlərində olan Azərbaycanın mədəniyyət, incəsənət abidələri ölkəyə gətirilməlidir, çünki onlar turistlər üçün böyük maraq kəsb edə bilər.

Bu təkliflə deputat Leyla Abdullayeva da çıxış edib.

Deputat Elmira Axundova çıxış edərək bildirib ki, bu qanunda mədəniyyət sahəsində iqtisadi fəaliyyət geniş şəkildə əks olunmayıb.

O hesab edir ki, yaradıcılıq ittifaqları gəlir vergisindən azad olunmalıdır. Axundova qeyd edib ki, müvafiq razılaşmaya əsasən, MDB daxilində idxal və ixrac olunan mədəniyyət obyektləri gömrük rüsumundan azad olunur.

Qanun 9 fəsil, 46 maddədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti