...

Azərbaycanda havanın uzun müddət dumanlı olmasının səbəbi açıqlanıb

Cəmiyyət Materials 7 Aprel 2012 12:33 (UTC +04:00)
Ölkə ərazisində dumanlı hava şəraitinin müşahidə olunmasının əsas səbəbi cənub-şərq küləyinin əsməsi və rütubətli hava kütlələrinin Xəzər dənizindən əraziyə daxil olmasıdır.
Azərbaycanda havanın uzun müddət dumanlı olmasının səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ölkə ərazisində dumanlı hava şəraitinin müşahidə olunmasının əsas səbəbi cənub-şərq küləyinin əsməsi və rütubətli hava kütlələrinin Xəzər dənizindən əraziyə daxil olmasıdır. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan deyiblər.

Bürodan bildirilib ki, hazırda dumanlı hava şəraiti daha çox Bakı və Abşeron yarımadasında müşahidə edilir. Ümumilikdə isə ölkədə dumanlı hava şəraitinin aprelin 10-dək davam edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında aprelin 8-də də hava dumanlı olacaq. Aprelin 9-10-da isə səhər və axşam saatlarda bəzi yerlərdə havanın dumanlı olacağı proqnozlaşdırılır. Həmin günlərdə hava əsasən, yağmursuz olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın tenperaturu gündüz 23-28 dərəcə isti olacaq.

Qeyd edək ki, aprelin 6-da da Bakı və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilib.

Azərbaycan rayonlarında aprelin 9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə güclənəcək. Aprelin 10-da axşam cənub küləyi qərb küləyinə keçəcək.

Aprelin 9-10-da Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 17-22 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti