...

Litva, Türkiyə və Macarıstanın hərbi ekspertləri Azərbaycan SQ-nin təftişini aparır

Cəmiyyət Materials 11 Aprel 2012 18:22 (UTC +04:00)
Litva, Türkiyə və Macarıstanın hərbi ekspertlərindən ibarət qrup Azərbaycan Silahlı Qüvvələrinin (SQ) təftişinə başlayır.
Litva, Türkiyə və Macarıstanın hərbi ekspertləri Azərbaycan SQ-nin təftişini aparır

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Litva, Türkiyə və Macarıstanın hərbi ekspertlərindən ibarət qrup Azərbaycan Silahlı Qüvvələrinin (SQ) təftişinə başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Litva Müdafiə Nazirliyinin məlumatında deyilir.

Aprelin 15-dək davam edəcək yoxlamalar 2011-ci ilin noyabrında ATƏT-in yenilədiyi hərbi sahədə etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər haqqında Vyana sənədinə uyğun həyata keçirilir.

Litvanın Müdafiə Nazirliyi qeyd edib ki, hərbi müfəttişlər Azərbaycan ordusunda həyata keçirilən silahlanmanın yenidən qurulması və modernləşdirilməsi ilə tanış olmaq, habelə şəxsi heyət və silah-sursatın dislokasiyası haqqında təqdim edilən rəsmi məlumata əmin olmaq niyyətindədirlər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətini rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, bu məsələ ilə bağlı məlumatı yoxdur.

Xəbər lenti

Xəbər lenti