...

"Eurovision 2012" müsabiqəsinə biletləri şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq mümkündür

Cəmiyyət Materials 16 Aprel 2012 16:40 (UTC +04:00)
"Eurovision 2012" Mahnı Müsabiqəsinə biletləri şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq olacaq
"Eurovision 2012" müsabiqəsinə biletləri şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq mümkündür

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

"Eurovision 2012" Mahnı Müsabiqəsinə biletləri şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq mümkündür. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Eurovision-2012"-ə hazırlıq prosesi ilə bağlı aparılan işlərin yekununa dair keçirilən mətbuat konfransında "Eurovision"-un rəsmi tərəfdaşı olan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

Ələkbərovun sözlərinə görə, biletlərin satışında spekuliyasiyanın qarşısının alınması üçün adlı bilet olması qərarına gəldik.

Xaricdən bilətləri online alanlar gəlib Bakıda təsdiq edəcəklər. Yəni təsdiqedici sənədi təqdim etməklə biletləri Bakıda alacaqlar.

Ələkbərov bildirib ki, sifarişləri təhlil etdikdə, qonaqların daha ucuz otel yerləri istəyində olduqları aydın olub. Bu səbəbdən Dövlət Sərhəd Xidmətinin zabitləri üçün sentyabr ayında təhvil verilməsi nəzərdə tutulan yaşayış binası varıydı. "Eurovision 2012" müsabiqəsinə hazırlıqla bağlı müraciət olundu, mayın 1-dən bu bina tam təmir olunaraq qonaqlara veriləcək.

Nərimanov rayonunda yerləşən bu bina sonradan zabitlərə tam təmirli , təchiz olunmuş qaydada təhvil veriləcək.

Ələkbərov bildirib ki, "Eurovizion 2012" müsabiqəsi ərəfəsində nəqliyyatdan daha az istifadə olunması üçün əhaliyə müraciət olunacaq.

"Eurovision" müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimov
isə tədbirdə bildirib ki, Ermənistan "Eurovizion 2012" Mahnı Müsabiqəsində iştirakdan imtina etsə də, yayım öhdəliyi onun üzərində qalır. Dəqiq qərarı Eurovision Təşkilat Komitəsi verəcək.

Xəbər lenti

Xəbər lenti