...

Bakıda gənc diplomatlar mütəşəkkil cinayətkarlıq və korrupsiyanı müzakirə ediblər

Cəmiyyət Materials 22 Aprel 2012 12:43 (UTC +04:00)
Azərbaycanda ikinci ATƏT Modeli konfransı öz işinə başlayıb. Trend-in məlumatına görə, "Xəzər Universiteti"ndə keçirilən konfrans mütəşəkkil cinayətkarlıq və korrupsiya mövzusuna həsr olunub.
Bakıda gənc diplomatlar mütəşəkkil cinayətkarlıq və korrupsiyanı müzakirə ediblər

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ikinci ATƏT Modeli konfransı öz işinə başlayıb. Trend-in məlumatına görə, "Xəzər Universiteti"ndə keçirilən konfrans mütəşəkkil cinayətkarlıq və korrupsiya mövzusuna həsr olunub.

Tədbirin açılışında "Xəzər Universiteti"nin rektoru Hamlet İsaxanlı bildirib ki, konfrans Azərbaycanın 12 universitetini təmsil edən 60 nəfərdən çox tələbələr iştirak edir.

O iştirakçıları təqdim edərək qeyd edib ki, ATƏT-in Bakı Ofisi və Xəzər Universitetinin təşkil etdiyi tədbir zamanı iştirakçılar ATƏT regionu ölkələrində mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə mövzusu ATƏT Nazirlər Şurasının simulyasiyasında müzakirə ediləcək.

Tədbirdə BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçura bildirib ki, ATƏT modelində tələbələr özlərini diplomat kimi sınayırlar, vacib beynəlxalq məsələləri müzakirə edirlər və həlli yollarını təklif edirlər. O qeyd edib ki, keçirilən konfrans bir növ doplomatiya elmi üçün testdir. Akçura qeyd edib ki, 20 illik müstəqillik dövründə Azərbaycan bir çox uğurlaera imza atıb, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək dünyada bir çox mühüm qərarların qəbul olunmasında öz tövhəsini verib.

O müzakirə olunan mövzuya toxunaraq qeyd edib ki, korrupsiya probleminin aradan qaldırılması müəyyən vaxt tələb edir, və yalnız qanunvericilik bazanın təkmilləşdirilməsi deyil, həmçinin insanların şüurunun da dəyişməsini tələb edir.

Konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Torqay konfransın uğurlarından danışaraq qeyd edib ki, ilk belə tədbir 2010-cu ildə təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Xairici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev keçirilən tədbirin gənc diplomatlar üçün real perspektiv vəd edir. O vurğulayıb ki, Azərbaycana savadlı, güclü diplomatlar lazımdır. Abdullayev deyib ki, Azərbaycanın dünyanın 55 ölkəsində nümayəndəlikləri mövcuddur ki, bu da ilbəil artır.

Xəbər lenti

Xəbər lenti