...

Mətbuat Şurası İctimai Palatının mitinqində jurnalistlərin peşə fəaliyyətini yoxlayıb

Cəmiyyət Materials 23 Aprel 2012 14:34 (UTC +04:00)
Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının aprelin 22-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqini aparıb.
Mətbuat Şurası İctimai Palatının mitinqində jurnalistlərin peşə fəaliyyətini yoxlayıb

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının aprelin 22-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqini aparıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mətbuat Şurasından bildirilib.

MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb.

Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər.

Komissiya üzvlərindən ibarət qrup eyni zamanda müəyyənləşdirib ki, aksiyanı işıqlandıran jurnalistlər əksəriyyət etibarilə üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olsalar da, bəzi media təmsilçiləri peşə fəaliyyətlərini yerinə yetirərkən bu geyimlərdə olmayıblar.

Xəbər lenti

Xəbər lenti