...

Növbəti tədris ilindən Azərbaycanda gənc istedadlı müəllimlər üçün stimullaşdırıcı tədbirlər görüləcək

Cəmiyyət Materials 24 Aprel 2012 13:07 (UTC +04:00)
Növbəti tədris ilindən Azərbaycanda 35 yaşadək istedadlı orta məktəb müəllimləri üçün stimullaşdırıcı tədbirlər görüləcək.
Növbəti tədris ilindən Azərbaycanda gənc istedadlı müəllimlər üçün stimullaşdırıcı tədbirlər görüləcək

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir İ.İsabalayeva/

Növbəti tədris ilindən Azərbaycanda 35 yaşadək istedadlı orta məktəb müəllimləri üçün stimullaşdırıcı tədbirlər görüləcək. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, stimullaşdırıcı tədbir kimi həmin müəllimlərin dərs yükü digər müəllimlərin dərs yükündən fərqləndirilə bilər. Onların dərs yükü 24 saatadək artırıla bilər. Ancaq belə müəllimlərin dərs yükünün yalnız ehtiyac olduğu hallarda artırılması mümkün olacaq.

Bundan əlavə, həmin müəllimlər "İlin ən yaxşı müəllimi" müsabiqəsi və digər kütləvi tədbirlərə, elmi-metodiki ədəbiyyatların, o cümlədən dərsliklərin hazırlanması prosesinə cəlb ediləcəklər.

Bununla yanaşı, həmin müəllimlərin potensiallarından istifadə ediləcək.

Nazirlikdən deyilib ki, ölkə üzrə 35 yaşadək təxminən 1000-ə yaxın müəllim müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti