...

Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Cəmiyyət Materials 24 Aprel 2012 14:56 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.
Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.

QMİ-dən çərşənbə axşamı Trend-ə bildiriblər ki, səfər ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin bərqərar olmasının 20-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində həyata keçirilir.

Paşazadə aprelin 25-26-da Vaşinqtonda keçiriləcək "Amerika-Azərbaycan əlaqələri: gələcəyə baxış" mövzusunda konfransda iştirak edəcək. İki ölkə arasında iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq mövzularının müzakirə olunacağı konfransda mədəni əlaqələr və tolerantlığın möhkəmləndirilməsinə dair məsələlər gündəmdə olacaq.

Konfransda iştirak edəcək nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksandr İşeyin, Bakıdakı katolik icmasının başçısı Vladimir Fekete, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı M.Yevdayev daxildirlər.

Xəbər lenti

Xəbər lenti