...

DİN: Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizi məişət zəminində baş verir

Cəmiyyət Materials 30 Aprel 2012 11:28 (UTC +04:00)
Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizi məişət zəminində baş verir.
DİN: Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizi məişət zəminində baş verir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizi məişət zəminində baş verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Milli Məclisdə "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" mövzusunda keçirilən konfransda Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev bildirib.

Şöbə müdiri deyib ki, Daxili İşlər Nazirliyi uşaq klinikaları, uşaq reabilitasiya mərkəzlərinin işində çox yaxından iştirak edir.

"Bu qurumlar yaradıldığı vaxtan artıq 500-dən artıq uşağa yardım edilib. Onların içərisində zorakılığa məruz qalan uşaqlar da var", - o deyib.

İmamverdiyev bildirib ki, hüquqi yardım klinikasına 300-ə yaxın uşaq cəlb edilib. Tək onlarla deyil, onların ailələri ilə də iş aparılır və Daxili İşlər Nazirliyi bu işdə yaxından iştirak edir.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyində uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı 4 ildir ki, 24 saat işləyən "Qaynar xətt" fəaliyyət göstərir. Şöbə müdiri qeyd edib ki, əvvəl "Qaynar xətt" yalnız Bakı şəhərində fəaliyyət göstərirdisə, artıq rayonları da əhatə edir.

İmamverdiyev bildirib ki, bununla belə Azərbaycanda uşaq zorakılığı ilə bağlı faktlar digər MDB ölkələri ilə müqayisədə 2-5 dəfə azdır.

Xəbər lenti

Xəbər lenti