...

Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub

Cəmiyyət Materials 30 Aprel 2012 16:48 (UTC +04:00)
Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub.
Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub.

Trend bazar ertəsi Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu sənəd Bolonya prosesinə üzv ölkələrin təhsil nazirlərinin aprelin 26-27-də keçirilmiş konfransının yekunu olaraq qəbul edilib. Bəyannamədə Avropa ölkələrinin təhsil sistemlərinin gələcək inkişaf istiqamətləri öz əksini tapıb.

Bu sənəddə, həmçinin ali təhsil sahəsində diplomların qarşılıqlı tanınması mexanizmlərinin sadələşdirilməsi, təhsilin keyfiyyətinin artırılması, təhsilin maliyyələşdirilməsi və digər bir sıra mühüm məsələlərlə bağlı mövqe bildirilib.

Konfransda Avropa Vahid Ali Təhsil Məkanı çərçivəsində üzv ölkələrin təhsil sistemlərinin inkişafı və dünyanın digər regionları ilə ali təhsil sahəsində əməkdaşlığın genişləndirməsi məsələləri müzakirə edilib.

Tədbir zamanı Avropa Komissiyasının təşəbbüsü ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanla Avropa Komissiyası arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti ilə Avropa Komissiyasının rəhbərliyi arasında işçi görüşü keçirilib.

Konfransda Azərbaycanı təhsil nazirinin müavini Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Xəbər lenti

Xəbər lenti