...

Sinoptiklər Bakı üçün qeyri-sabit hava şəraiti proqnozlaşdırırlar

Cəmiyyət Materials 3 May 2012 12:41 (UTC +04:00)
Mayın 4-6-da Bakıda və Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, 4-ü axşamdan gözlənilən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Sinoptiklər Bakı üçün qeyri-sabit hava şəraiti proqnozlaşdırırlar

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 4-6-da Bakıda və Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, 4-ü axşamdan gözlənilən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşama doğru havanın tədricən tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman gözlənilir.

Gündüz mülayim şimal küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti