Azərbaycan, Bakı, 4 may / Trend müxbir İ. İsabalayeva/
Azərbaycanda yeni tikilən qızıl zavodunun inşası başa çatmaq üzrədir.
Trend-in məlumatına görə, bunu cümə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda görüşü zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev deyib.
Nazir müavini bildirib ki, nazirliyin geoloji xidməti tərəfindən regionlarda yeni yataqlar aşakarlanıb və hazırda burada işlər aparılır.
"Qızıl zavodu tikilib başa çatandan sonra burada Azərbaycanın istehsalı olan qızıl tam təmizlənəcək və yüksək əyyarlı qızıl alınacaq", - o deyib.
Quliyev qeyd edib ki, "Çovdar" qızıl yatağından xeyli miqdarda qızıl hasil olunub.