...

Tehranda beynəlxalq xalça sərgisi keçiriləcək

Cəmiyyət Materials 8 May 2012 14:17 (UTC +04:00)
İranın Milli Xalça Mərkəzinin dəstəyi ilə 22-28 sentyabr 2012-ci il tarixində Tehranda XXI əl xalçaları satış sərgisi keçiriləcək.
Tehranda beynəlxalq xalça sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir T.Cəfərov/

İranın Milli Xalça Mərkəzinin dəstəyi ilə 22-28 sentyabr 2012-ci il tarixində Tehranda XXI əl xalçaları satış sərgisi keçiriləcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, əllə toxunmuş xalça ticarəti sahəsində fəaliyyət göstərən xarici şirkətlər və iş adamları bu sərgidə iştirak edəcəklər.

Səfirlik satış sərgisində iştirak etmək istəyən azərbaycanlı iş adamlarını Səfirliyin iqtisadiyyat şöbəsinə müraciət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti