...

Azərbaycanda bu il 200-dən artıq insan yol qəzalarının qurbanı olub

Cəmiyyət Materials 11 May 2012 12:32 (UTC +04:00)
Azərbaycanda bu ilin yanvar-aprel aylarında 753 yol qəzasında 216 nəfər dünyasını dəyişib, 842 nəfər xəsarət alıb.
Azərbaycanda bu il 200-dən artıq insan yol qəzalarının qurbanı olub

Azərbaycan, Bakı, 11 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin yanvar-aprel aylarında 753 yol qəzasında 216 nəfər dünyasını dəyişib, 842 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzaların 317-si (76 ölüm, 363 xəsarət) Bakıda baş verib.

Qeydə alınan hadisələrin 276-sı toqquşma (68 ölüm, 389 xəsarət), 291-i piyadaların vurilması (82 ölüm, 235 xəsarət), 98-i maneəyə vurma (24 ölüm, 119 xəsarət), 65-i aşma (30 ölüm, 70 xəsarət) olub.

Bu ilin ilk 4 ayında qeydə alınan qəzaların 643-ü (196 ölüm, 750 xəsarət) sürücülərin yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib.

Onlardan 196-sı avtomobilin yüksək sürətlə idarə olunması (77 ölüm, 201 xəsarət), 178-i ötmə, manevr qaydalarının pozulması (44 ölüm, 257 xəsarət), 79-u yol ayrıcını keçmə qaydalarının pozulması (14 ölüm, 107 xəsarət) səbəbindən olub.

Xəbər lenti

Xəbər lenti