...

Sumqayıt sakininin itkin düşməsi ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb

Cəmiyyət Materials 22 May 2012 19:10 (UTC +04:00)
Sumqayıt şəhər sakini 13 yaşlı Ramil Habil oğlu Ağayevin itkin düşməsi ilə bağlı aparılan araşdırma materialları əsasında qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.
Sumqayıt sakininin itkin düşməsi ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhər sakini 13 yaşlı Ramil Habil oğlu Ağayevin itkin düşməsi ilə bağlı aparılan araşdırma materialları əsasında qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.

Trend-in Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinə istinadən verdiyi məlumata görə, martın 29-da Sumqayıt şəhər sakini, 13 yaşlı Ramil Habil oğlu Ağayev yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşüb.

Fakt üzrə toplanmış araşdırma materialında onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib, həmçinin cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda Ramil Ağayevin öldürülməsi ehtimal edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti