...

BMT-nin baş katibi: hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir

Cəmiyyət Materials 31 May 2012 12:46 (UTC +04:00)
BMT-nin Azərbaycandakı nümayəndəliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu, BMT-nin baş katibi Pan Gi Munun 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar dünya ölkələrinə müraciətində qeyd edilib.
BMT-nin baş katibi: hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu, BMT-nin baş katibi Pan Gi Munun 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar dünya ölkələrinə müraciətində qeyd edilib.

Müraciətdə bildirilib ki, hər il 600 000 insan isə tütün tüstüsündən, yəni passiv siqarətçəkmədən ölür.

Baş katib deyib ki, tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəlikləri yaradaraq onları öldürür. Bu, qeyri-yoluxucu xəstəliklər üçün qarşısı alına bilən ən birinci risk faktorudur. Tütündən istifadə əhalinin yoxsul təbəqəsi arasında daha çox rast gəlindiyinə və yoxsul insanların bu vərdişin yaratdığı maddi və səhiyyə problemlərindən daha çox əziyyət çəkdiklərinə görə bu asılılıq və yoxsulluq çox ağır fəsadlar törədir. Tütündən istifadə aşağı gəlirli ölkələrdə sürətlə artır.

Pan Gi Munun sözlərinə görə, hökumətlər və beynəlxalq səhiyyə icmaları tütündən istifadənin qarşısını almaq və insanların sağlamlığını qorumaq üçün effektiv tədbirlərə əl atırlar. Amma bu təşəbbüslər məhsullarının insanları öldürdüyü sənaye tərəfindən müqavimətlə qarşılanır.

"Ümumdünya Tütünlə Mübarizə Günündə mən bütün hökumətləri və vətəndaş cəmiyyətlərini tütün sənayesinin Çərçivə Konvensiyasının həyata keçirilməsinə mane olmaq üçün səylərinin qarşısını almağa çağırıram. Gəlin, tütün sənayesinin müqavimətlərinə qarşı çıxaq və tütündən azad dünya baxışını həyata keçirək", - baş katib əlavə edib.

Xəbər lenti

Xəbər lenti