...

Ombudsman müdafiə nazirinə müraciət edib

Cəmiyyət Materials 8 İyun 2012 12:43 (UTC +04:00)
Gəncədəki hauptvaxtda nöqsanlar aşkar edilib.
Ombudsman müdafiə nazirinə müraciət edib

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir K.Zərbalıyeva/

Gəncədəki hauptvaxtda nöqsanlar aşkar edilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Milli Preventiv Mexanizm qrupunun üzvləri Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin Şəmkir, Qazax və Gəncədə yerləşən hauptvaxtlarına başçəkmələr həyata keçiriblər.

Başçəkmələr zamanı Şəmkirdə və Qazaxda yerləşən hauptvaxtların artıq bir neçə ildir ki, fəaliyyətini tam dayandırdığı müəyyən edilib.

Gəncədəki hauptvaxta başçəkmə zamanı isə saxlanma şəraitinin standartlara cavab vermədiyi və sənədləşmə ilə bağlı bir sıra nöqsanların olduğu aşkar edilib.

Ombudsman həmin nöqsanların aradan qaldırılması ilə əlaqədar müdafiə nazirinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti